Rusiya Premyer Liqasının komandalarının iki futbolçusu hərbi komissarlığa çağırış vərəqəsi alıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov teleqram kanalında məlumat yayıb.
Mənbənin sözlərinə görə, çağırış vərəqəsini alanlardan biri “Torpedo”nun 35 yaşlı qapıçısı Aleksandr Dovbnyadır. O, hərbi komissarlığa gəlib və qismən səfərbərlik çərçivəsində xidmətdən möhlət alıb.
Digər futbolçunun adı isə hələlik açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya millisinin sabiq futbolçusu Diniyar Bilyaletdinov da səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılmışdı.
Emin