Fransa Liqa 1-də XI turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da üçüncü oyun günündə meydana çıxıb.
Sözügedən komanda doğma meydanda “Brest”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda darmadağınla qalib gəlib – 4:1.
“Nant” 11 turdan sonra 10 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. “Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.
Qeydə alınan nəticələri təqdim edirik:
Liqa 1
XI tur
16 oktyabr
Tuluza - Anje 3:2
Qollar: Deyaqere, 10, Van den Bomen, 40-pen, Spirinqs, 67 - Bentaleb, 33, Salama, 90+2
Oser - Nitsa 1:1
Qollar: Da Koşta, 42 - Delor, 20
Nant - Brest 4:1
Qollar: Simon, 35, Qanaqo, 36, Mustafa Məhəmməd, 71, Sissoko, 88 - Fadoqa, 18
Renn- Lion 3:2
Qollar: Terrye, 38, 77, Quiri, 47 - Lyakazet, 23, 72
Trua - Ayaçço 1:1
Qollar: Poroso, 76 - Əl-İdrissi, 88
Monako - Klermon 1:1
Qollar: Embolo, 31 - Andriç, 53
PSJ - Marsel 1:0
Qol: Neymar, 45+1
15 oktyabr
Loryan – Reyms 0:0
Lans – Monpelye 1:0
Qol: Said, 68.
14 oktyabr
Strasburq – Lill 0:3
Qollar: David, 41-pen; 76, Kabelya, 80.