"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dünya çempionatına qədər sağalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
29 yaşlı fransalı yarımmüdafiəçi menisk zədəsi səbəbindən bu mövsüm hələ meydana çıxa bilməyib.
Bir müddət əvvəl əməliyyat olunan ulduz futbolçu hazırda bərpa olunur. Onun daha bir oynaya bilməyəcəyi bildirilir.
Poqba "Yuventus"a 2022-ci ilin yayında azad agent kumi keçərək 4 illik müqavilə imzalayıb.
2022-ci il dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Mirağa