"Çelsi"nin və İngiltərə millisinin üzvü Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ceyms UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində İtaliyada "Milan"a 2:0 hesabı ilə qalib gəldikləri oyununda zədələnib. 23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.