Fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu, hazırda Rusiya dumasının deputatı İrina Rodnina "Adana Demirspor"un hücumçusu Artyom Dzyubanın parlamentdə millət vəkili ola biləcəyi ilə bağlı sualları cavablandırıb:
Fanat.Az xəbər verir ki "RİA Sport" 73 yaşlı siyasətçinin bu barədə dediklərini belə çatdırıb:
"Dzyubanın idmançı karyerasını başa vurduqdan sonra deputat olması şansları ona səs verəcək seçicilərdən asılıdır. Mən onu şəxsən tanımıram, yalnız televiziya vasitəsi ilə görmüşəm. Onun çoxlu tərəfdarları var. Düşünürəm ki, növbəti seçkilərdə bundan faydalana bilər".
Xatırladaq ki, cari mövsüm Dzyuba Turkiyə Spuer Liqasında cəmi 4 oyuna çıxıb və 1 qolla yadda qalıb.
Emin