FİFA və turnir təşkilatçıları Qətərdə keçiriləcək dünya çempionatına bilet satışı ilə bağlı açıqlama yayıblar.
Fanat.Az xəbər verir ki, munduala 2,9 milyon bilet satılıb.
Qətərdən kənarda ən çox bilet Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və İngiltərəyə satılıb.
DÇ zamanı Qətərdə xaricdən 1,2 milyona yaxın ziyarətçinin olacağı gözlənilir. Yer çatışmazlığının olmaması üçün yaşayış yerinin yaradılması istiqamətində işlər hələ də aparılır, lakin Qətər artıq iki milyon otel otaqlarının artıq bron olunduğunu iddia edir.
Mirağa