"Real Madrid"in və İspaniya millisinin əfsanəvi kapitanı Fernando Yerro özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, bir neçə il futboldan kənar qalan mütəxəssis Meksikanın "Çivas" klubunun idman direktoru postuna təyin olunub.
"Çivas" Meksikanın ən məşhur klubudur və elitanı tərk etməyən yeganə komandadır.
Yerro "Real Madrid"in oyunçusu kimi 17 kubok qazanıb. O, beş dəfə İspaniya çempionatının, üç dəfə isə Çempionlar Liqasının qalibi olub. Məşqçilik karyerasına da "Kral klubu"nda köməkçi məşqçi kimi başlayıb. Daha sonra “Ovyedo”nu çalışdırıb və qısa müddət ərzində İspaniya millisinin məşqçisi və idman direktoru olub.
Mirağa