Tanınmış ingilis forvard - "Mançester Yunayted"in sabiq hücumçusu Meyson Qrinvud azadlığa çıxıb.
Fanat.Az "Sky News"a istinadən xəbər verir ki, sevgilisini zorlamaqda, ona bədən xəsarətləri yetirərək ölümlə hədələmədə şübhəli bilinən 21 yaşlı futbolçu qapalı keçirilən iclasdan sonra zaminə buraxılıb.
Xatırladaq ki, 2022-ci ilin yanvarında sosial şəbəkələrdə həmin qadının Qrinvud tərəfindən zorakılığa məruz qaldığını özündə əks etdirən fotolar yayılmışdı. Sözügedən futbolçu bundan sonra evində saxlanılmışdı. "Mançester Yunayted" isə fevralın 11-də Qrinvudla müqaviləni ləğv edib.