"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Nant" klubunun azarkeşləri komandanın son tur oyununda baş məşqçi Antuan Kombuarenin istafasını tələb edən şüarlar səsləndiriblər.
Fanat.Az xəbər verir ki, bu barədə məlumat "Francebleu.fr" saytına məxsusdur.
Məlumatda bildirilir ki, oyunun start fitindən dərhal sonra "Nant"ın azarkeşləri 7 oyuna cəmi bir xal topladığına görə Kombuareni klubdakı vəzifəsindən istefa verməyə çağırıblar.
Xatırladaq ki, həmin oyun "Nant"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 3 xal toplayan "bülbüllər" turnir cədvəlinin 19-cu pilləsindən 14-cü sırasına yüksəlib.
Emin