"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, məlumatı Pirey təmsilçisinin rəsmi saytı yayıb.
55 yaşlı funksionerdə ikinci dəfə koronavirus aşkarlanıb. Onun səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, "Qarabağ" III turda Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Bakıdakı IV tur matçında qolsuz bərabərlik qeydə alınıb.