Fransa milli komandası noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına Nqolo Kantesiz yollanacaq.
Fanat.Az sözügedən ölkə mətbuatına istinadən xəbər verir ki, "Çelsi"nin 31 yaşlı yarımmüdafiəçisi bud nahiyəsindən əməliyyat olunacaq.
Dörd il əvvəlki mundialda çempionluq yolunda Didye Deşamın komandasında əsas fiqurlardan olan Kantenin Onun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Fransa DÇ-də D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.
Mirağa