Braziliyada prezidentliyinə namizəd Lula ölkə millisinin və PSJ-nin futbolçusu Neymarın ondan qorxduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Globo" saytı siyasətçinin dediklərini belə çatdırıb:
“Neymarın prezident olmaq istədiyi şəxsə səs vermək hüququ var. Amma bilirəm ki, o, məndən qorxur. Bunun səbəbi də bəllidir. Hazırki prezident Bolsonaronun onu vergi borclarına görə bağışladığını öyrənəcəyimdən qorxur”.
Emin