"Çelsi"nin sabiq baş məşqçisi Tomas Tuxel yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, "Aston Villa"da boş qalmış baş məşqçi postunu almaniyalı mütəxəssis tuta bilər.
Xatırladaq ki, ötən gecə "Aston Villa"nın rəsmi saytı klubun çalışdırıcısı Stiven Cerrardla yollarını ayırdığını açıqlayıb.
Emin