UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibi "Nant" klubunun futbolçuları Şarl Traore və Fabio turnirin qrup mərhələsinin 5-ci turunda "köhlın atlar"la ev oyununu buraxa bilərlər.
Fanat.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Fransa klubunun çalışdırıcısı Antuan Kombuare bildirib ki, hər iki müdafiəçi zədəlidir.
Buna görə də onlar Liqa 1-in 12-ci turunda "Nitsa" ilə görüşdə iştirak etməyəcəklər. Onların "Qarabağ"la oyunun da buraxma ehtimalı var.
Emin