"Tottenhem" "Napoli"nin hücumçusu Viktor Osimhen ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Nigeriyalı 23 yaşlı forvard keçən mövsüm A Seriyasında 17 qol vuraraq "Napoli"nin bombardiri olub. Bu mövsüm isə o, bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa