Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Mundo Deportivo" nəşri: "Barselona" yanvarda "Atletik Bilbao"nun müdafiəçisi İnyiqo Martinesi transfer edə bilər".
"Sport.es" saytı: "Barselona" "Borussia Dortmund"dan Yussuf Mukoko ilə maraqlanır".
"Calciomercato" nəşri: "Yuventus" iki ildir "Şaxtyor"un futbolçusu Mykhailo Mudriki izləyir və indi onu almaq şərtləri ilə maraqlanır".
"The Times" nəşri: "Mançester Yunayted" Old Traffordda öz futbol performansını yaxşılaşdırmaq üçün Edvin Van der Sarın kluba idman direktoru kimi qayıtması ilə bağlı onunla əlaqə saxlayıb. O, cavabında deyib ki, hələ "Ayaks"da öz missiyasını tamamlamayıb".
"Daily Mail" nəşri: "Mançester Siti" "Çelsi"nin ulduzu Kay Havertzlə maraqlanır".
"Le Parisien" nəşri: "PSJ-nin Lautaro Martinezə marağı fonunda futbolçu qeyd edib ki, o, özünü "İnter"də xoşbəxt hiss edir".
Emin Şəmsiyev