PSJ rəhbərliyinin komandanın argentinalı hücumçusu Lionel Messi ilə bağlı mövqeyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Xəbərə görə, klub bossları iki gün öncə bir araya gələrək Messili gələcəyin perspektivlərini müzakirə ediblər. Mənbə məşvərət zamanı qərarını qətiləşdirən rəhbərliyin təcrübəli ulduza sonradan daha 1 illik uzadılmaq şərti ilə müddəti 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə təklif etdiyini vurğulayıb.
Xatırladaq ki, Messi PSJ-yə 2021-ci ilin yayında, azad agent qismində "Barselona"dan keçib. Leo cari mövsüm Liqa 1-də 11 matça çıxaraq 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, Çempionlar Liqasında 2 dəfə rəqib qapısına yol tapıbsa, 3 qola da assistentlik edib. "Transfermarkt" portalı Messinin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
Nihat