İspaniyanın "Vilyarreal" klubunun "Aston Villa"ya dəyişən Unai Emerinin gedişindən sonra boş qalan baş məşqçi postunu kimin tutacağı açıqlanıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa təmsilçisinin rəhbərliyi komandanı "Barselona"nın sabiq çalışdırıcısı Enrike Setyenə tapşıracaq.
Xəbərə görə, tərəflər artıq şifahi razılığa gəlib və yaxın günlərdə münasibətlərin rəsmiləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Setyenin son iş yeri 2020-ci ildə ayrıldığı "Barselona" olub.
Nihat