"Zirə"nin belçikalı hücumçusu Loris Bronyonun Fanat.Az-a müsahibəsi
- Karyeranızı əsasən Belçika klublarından keçirmisiniz. Azərbaycandan təklif alanda necə qarşıladınız?
- Ölkəni və futbolunu yaxşı tanımadığım üçün Azərbaycanda oynayan dostlarımla danışdım. Təklifə isə dərhal müsbət reaksiya verdim. Çünki bu, mənim üçün yeni ölkəyə çağırış idi. "Zirə"ni də tanımırdım. "Qəbələ" və "Səbail"də çıxış etmiş dostum Nikolas Raysellə tez-tez əlaqə saxlayırdım. O, mənə hər şeyi ətraflı izah edirdi.
- 2021-ci ildən Azərbaycandasınız. Ölkəmizə və komandaya uyğunlaşa bilmisiniz?
- Ölkəyə və yerli futbola rahat adaptasiya oldum və hər şey daha yaxşı olmaqda davam edir. Burada özümü xoşbəxt hiss edirəm.
- Rəşad Sadıqovun futbol fəlsəfəsi haqqında nə deyə bilərsiniz? O, digər məşqçilərdən nə ilə fərqlənir?
- Sadıqov topa sahib olmaq fonunda yaxşı futbol sərgiləmək fəsləfəsinə güvənir. O, öz oyun təcrübəsindən istifadə edir və "Zirə"ni "Qarabağ"la eyni üslubda oynatmaq istəyir. Çünki "Qarabağ" Azərbaycanın ən yaxşı klubudur.
- Komanda yoldaşlarınızla münasibətiniz necədir? Ən çox kiminlə zaman keçirirsiniz?
- "Zirə"də hər kəslə yaxşı münasibətim var. Düşünürəm ki, hamı ilə dost olmağı bacarmışam.
- "Zirə" ilə müqavilənizin müddəti 2023-cü ildə başa çatır. Karyeranızı Azərbaycanda davam etdirmək istərdinizmi?
- Gələcəkdə nə baş verəcəyini heç kim bilmir. Görək... Azərbaycanda özümü yaxşı hiss edirəm. Niyə də karyeramı bu ölkədə davam etdirməyim?! Gələcəkdə qapını "Zirə"nin üzünə bağlamaram.
- “Zirə” azarkeşləri ilə bağlı təəssüratınız necədir?
- Hər oyun bizi dəstəkləməyə gəlirlər. Bu, mənim xoşuma gəlir. Oyunçularımız isə onlar üçün bütün güclərini ortaya qoymağa çalışırlar.
Emin Şəmsiyev