"Şalke" nəhayət, yeni məşqçisinin adını açıqlayıb.
Fanat.Az Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi postu Tomas Raysa tapşırılıb.
O, oktyabrın 19-da qovulan Frank Krameri əvəz edəcək.
"Şalke" Raysın keçidini həll etmək üçün "Bohum"la müqaviləsi olan çalışdırıcıya görə qarşı tərəfə 300 min avro təzminat ödəyib.
Bundesliqanın ilk on bir oyunundan sonra yalnız bir qələbə və üç heç-heçə əldə edən komanda 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, eyni zamanda Almaniya kubokunun 1/8 finalında mübarizədən kənarlaşdırılıb.
Bu, son iki ildə “Şalke”də 8-ci baş məşqçi dəyişikliyidir.
Mirağa