“Şalke”nin və "Real Madrid"in əfsanəvi sabiq futbolçusu Raul Qonzales Almaniya klubunun baş məşqçisi olmaq təklifini rədd edib.
Fanat.Az "El Pasio" saytına istinadən xəbər verir ki, “Real”ın ikinci komandası olan “Kastilya”nı çalışdıran mütəxəssis Bundesliqaya yollanmaq istəməyib.
Frank Krameri istefaya göndərdikdən sonra baş məşqçi axtarışına çıxan “Şalke” rəhbərliyi ilk təklifi Raula etsə də, o, “yox” cavabını verib. Yalnız bundan sonra Gelzenkirxen təmsilçisi komandanı Tomas Raysa tapşırıb.
Emin