"Barselona" yayda "Bayern Münhen"ə 45 milyon avro ödəyib transfer etdiyi Robert Levandovskiyə görə daha 5 milyon xərcə düşə bilər.
Fanat.Az xəbər verir ki, bu iddia alman klubuna yaxınlığı ilə tanınan insayder Kristian Falka məxsusdur.
O, "Bild"ə açıqlamasında bildirib ki, transferdə Almaniya çempionunun əlavə pul qazanmasına imkan verən xüsusi bənd yer alır.
Razılaşmaya görə, kataloniyalılar 34 yaşlı forvardın ən azı 25 qol vurduğu hər mövsüm üçün "Bayern Münhenə"ə əlavə 1,25 milyon avro ödəməlidir. Levandovski ilə 4 illik müqavilə imzalanıb və bu o deməkdir ki, həmin müddət ərzində “Barselona” almaniyalılara daha beş milyon avro ödəyə biilər.
Təcrübəli forvard cari mövsümdə rəsmi görüşlərdə artıq 18 qol vurub: İspaniya çempionatında 13, Çempionlar Liqasında 5.