İspaniya Futbol Federiyası Madrid "Real"ının çalışdırıcısı Karlo Ançelottiyə qarşı "Jirona" ilə oyundan (1:1) sonra hakim Mario Melero Lopezlə bağlı açıqlamasına görə intizam prosesi açıb.
Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssis 2-4 oyunluq diskvalifikasiya oluna bilər. Qeyd edilir ki, Madrid təmsilçisinin rəhbərliyi bu qərar qəbul ediləcəyi təqdirdə, apellyasiya şikayəti verməyi planlaşdırır. Bu işlə bağlı yekun qərar Qətərdə keçiriləcək dünya çempionatından sonra veriləcək.
Görüşün sonunda hakimlər Marko Asensionun öz cərimə meydançasında etdiyi kobud oyundan sonra “Jirona”nın xeyrinə penalti təyin ediblər. Penaltini Kristian Stuani yerinə yetirib. Ançelotti komandasına qarşı penalti olmadığını, topun Asensionun qoluna deyil, sinəsinə dəydiyini bildirib.
Hazırda "Real Madrid" 32 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir.
Emin