Ötən gün UEFA Avropa Liqasının B qrupunda "Dinamo Kiyev"i səfərdə 2:0 hesabı ilə məğlub edən "Fənərbağça"nın ilk qolunu 17 yaşlı yarımmüdafiəçi Arda Gülər vurub.
Fanat.Az xəbər verir ki, avrokuboklarda ilk dəfə fərqlənən gənc futbolçu bu qolu anasına həsr edib.
Belə ki, qoldan sonra Gülər formasının altındakı "Ana, səni çox sevirəm" yazısı olan maykanı göstərib.
Oyunda son qolun müəllifi 45+2-ci dəqiqədə fərqlənən Uilyan Arao olub.
"Fənərbağça" qrup mərhələsini 14 xalla lider olaraq başa vurub. Kiyev "Dinamo"su isə 1 xalla turniri austsayder kimi tərk edib.
Emin