"Lester Siti" klubunun rəhbərliyi ümid edir ki, yarımmüdafiəçi Yuri Tilemans yeni müqavilə imzalayacaq və bu yay "King Power" stadionunda qalacaq.
Fanat.Az xəbər verir ki, bu barədə britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
Belçika millisinin üzvünün müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Ona görə də o, klubdan azad agent olaraq ayrıla bilər. Bu səbəbdən “tülkülər” sərfəli təklif edərək liderlərini saxlamağa çalışmağa hazırdırlar.
Emin