"Real Madrid"in və Portuqaliya millisinin sabiq futbolçusu Fabiu Koentrau həmyerlisi Kriştianu Ronalduya yönələn tənqidlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Relevo" onun dediklərini belə çatdırıb:
"Açığı, son vaxtlar futboldan uzaqdayam. Heç futbol haqda danışmağa da xüsusi motivasiyam yoxdur. Ancaq Kriştianu barədə səsləndirilən fikirlərə biganə qala bilmərəm. Futbol oynadıqları dönəmdə heç nə ilə yadda qalmayan zir-zibillərin Ronaldunu aşağılaması gülməlidir. Özləri kim olublar ki?"