Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
AS: "İnter"in transfer hədəfi Markus Türama İspaniyadan da elçi çıxıb. Hücumçu axtarışında olan "Atletiko Madrid" Münhenqladbax "Borussiya"sının futbolçusuna göz dikib. Uğurlu mövsüm keçirən 25 yaşlı forvardın Bundesliqa klubu ilə müqaviləsi gələn yay başa çatır. "Mundo Deportivo" isə qeyd edir ki, "Atletiko" fransalı futbolçunu pulsuz almaq niyyətindədir.
"Sport": Ulduz futbolçusu Kriştianu Ronaldu ilə vidalaşan "Mançester Yunayted" yeni hücumçu tapıb. İngiltərə klubu "Barselona"nın forvardı Memfis Depaya elçi düşüb. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq yanvarda Depayı komandasında görmək istəyir.
"Calciomercato": "Yuventus" "Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçi almaq üçün tədbirlər görəcək. İtaliya təmsilçisinin planında iki futbolçu ilə vidalaşmaq var. Söhbət Leandro Paredes və Ueston Makkennidən gedir. "Yuventus" PSJ-dən icarəyə görüdüyü Leandro Paredesi geri qaytaracaq, Makkennini isə 25-30 milyon avroya satmaq fikrindədir.
Onu da qeyd edək ki, mövsümün sonunda Andrien Rabyonun müqaviləsinin müddəti başa çatır. Onunla yeni sözləşmənin bağlanıb-bağlanmayacağı Serbiya millisinin üzvünün transferindən asılıdır.
"Fichajes": "Mançester Yunayted" Antoni Marsyalın yerinə "Bayern Münhen"in hücumçusu Mussa Diabini nəzərdən keçirir. "Qırmızı şeytanlar"ın rəhbərliyi tezliklə fransalı futbolçu ilə yolları ayırmaq niyyətindədir. 23 yaşlı Diabi isə Ten Haq üçün ideal namizəddir.
"Calciomercato": İngiltərə Premyer Liqasının 3 klubu "Yuventus"un futbolçusu Adrien Rabyoya elçi düşüb. Bunlar "Tottenhem", "Çelsi" və "Arsenal"dır. Fransalı yarımmüdafiəçinin komandası ilə müqaviləsi gələn yay başa çatır. Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar olmayıb. Rabyonun özünün də "Yuventus"da qalmaq istəyib-istəmədiyi də bəlli deyil.
"Arsenal" və "Çelsi" Rabyoya "Yuventus"dan daha yaxşı təklif irəli sürə bilər. "Tottenhem" də futbolçuya maraq göstərir. Belə ki, klubun idman direktoru Fabio Paratiçi Rabyonun fanatıdır.
Röya Kərimli