Səudiyyə Ərəbistanının daha bir klubu Kriştianu Ronalduya elçi düşüb.
Fanat.Az "CBS Sports"a istinadən xəbər verir ki, "Əl-Nəsr" klubu noyabrın 22-də “Mançester Yunayted”lə müqaviləni qarşılıqlı razılaşma əsasında pozan ulduz forvardı transfer etmək istəyir.
"Əl-Nəsr" 37 yaşlı oyunçuya ilinə 75 milyon dollar maaş alacağı 3 illik müqavilə təklif etməyə hazırdır. Portuqaliyalı hücumçunun nümayəndələri ilə danışıqlar aparılır. Tərəflər futbolçunun özünün yekun qərarını gözləyir. Ronaldu transferə razılıq versə, tezliklə müqavilə imzalanacaq.
Xatırladaq ki, bundan əvvəl Səudiyə Ərəbistan klublarından birinin ona 2 ilinə 242 milyon avro qazanacağı müqavilə təklif etdiyi xəbərləri yayılmışdı.
Mirağa