İngiltərə millisinin hücumçusu Harri Keyn DÇ-2022-nin qrup mərhələsinin oyununda - Uelslə matçda (3:0) məhduldar ötürmə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, bu, 29 yaşlı forvardın Qətərdəki mundialda 3-cü assistentliyi olub.
İndiyədək bir DÇ-də İngiltərə millisindən yalnız Devid Bekhem (2002) 3 məhsuldar ötürmə etməyi bacarıb. Bu isə o deməkdir ki, Keyn ulduz veteranın müəyyənləşdirdiyi rekorda şərik olub.