"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets 2023-cü ilin yayında ABŞ-ın "İnter Mayami" klubuna keçəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "El Larguero" onun dediklərini belə çatdırıb:
"Yox, hələ karyeramı harada davam etdirəcəyim dəqiqləşməyib. Düzdür, mətbuatda müxtəlif informasiyalar yayılır. Ancaq mən hələ heç bir klubla razılığa gəlməmişəm. Qərarı indi yox, fevralda verəcəyəm".
Qeyd edək ki, 34 yaşlı Buskets "Barselona"nın öz yetirməsidir. 2008-ci ildən Kataloniya təmsilçisinin əsas komandasının uğurları üçün çalışan futbolçu bu mövsüm İspaniya Primerasında 12 oyuna çıxaraq məhsuldar göstəricilərlə yadda qalmayıb.