Dünyanın əksər ölkələrində olduğu kimi, DÇ-2022-nin iştirakçılarından olan Xorvatiyada da futbol üzrə ölkə çempionatında uzun fasilə yaranıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunun da bir araya gələcəyi tarix müəyyənləşib.
Mahirin komandası dekabrın 14-də məşqlərə başlayacaq. Zaqreblilərin təlim-məşq toplanışını keçirəcəyi ölkənin adı tam dəqiqləşməsə də, bu, böyük ehtimalla, BƏƏ-nin paytaxtı Dubay olacaq.
Qeyd edək ki, Xorvatiya çempionatı yanvarın 21-dən bərpa ediləcək. Geridə qalan 17 tura 41 xal toplayan "Dinamo" turnir cədvəlində lider mövqeyində qərarlaşıb.
Nihat