17:40 25.09.2020 1177

Rafael Ağayevin karyerasını davam etdirməsi üçün daha bir stimul

Ümumdünya Karate Federasiyası (WKF) hər ilin sonunda elan etdiyi yaxşıların ən yaxşısı mükafatı olan "Grand Winners”i bu il heç kimə verməyəcək.

WKF-in saytı xəbər verir ki, Karate-1 Premyer Liqa yarışlarından bu il yalnız üçü (Paris, Dubay və Zalsburq) baş tutub.

Pandemiya ilə əlaqədar Rabat və Madriddəki analoji yarışlar ləğv olunub, Moskvadakı turnir isə dekabra təxirə salınıb. 12 kateqoriya üzrə ən yaxşı karateçiyə məhz bu yarışlarda iştiraka əsasən mükafat verildiyindən, həmin titul bu dəfə verilməyəcək.

Əvəzində WKF gələn il iki mükafatı birləşdirəcək. Belə ki, qaliblər 2020-2021-ci illərin ən yaxşısı kimi mükafatlandırılacaq. Onların mükafatlandırılması 2021-ci ilin son yarışı olan Moskvada və ya 2022-ci ilin ilk Premyer Liqa turnirində (böyük ehtimalla, Paris – S.M.) olacaq. Həmçinin, WKF 2020-2021-ci illərin qaliblərinə ikiqat mükafat verəcək.

Qeyd edək ki, ötən il bu mükafatın qalibləri Azərbaycan təmsilçilərindən Rafael Ağayev və İrina Zaretskaya olub. Onlar bu ilin yanvarında Paris Premyer Liqa yarışında mükafatlandırılıblar.

Onu da bildirək ki, Rafael Ağayevin gələn ilki Olimpiadadan sonra karyerasını bitirəcəyi gözlənilir. Lakin noyabrda altıncı dəfə dünya çempionu olmaq və məhz bu mükafatı qazanmaq üçün onun 2021-ci ilin sonunadək döyüşəcəyini ehtimal etmək olar. (Oxu.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X