14:28 04.12.2020 370

Əhmədovdan xələfinə və Sultanova eyhamlı sözlər

Tərlan Əhmədov avqustda gözləmədiyi şoku yaşadı. Həvəslə Avropa Liqasına hazırladığı "Keşlə” qəflətən ondan imtina etdi. Aylardı avrokubokda debüt həvəsiylə işləyən baş məşqçi topladığı, hazırlıq keçdiyi futbolçulardan bir anda kənar qaldı. Klub rəhbərliyi yeni mövsümün startına 12 gün qalmış Əhmədovla müqaviləni uzatmamağı qərara aldı. Əvvəlki klubu "Neftçi”də olduğu kimi, Tərlan bəy yenə 3-cü yeri tutduğu mövsümün sonunda bu aqibəti yaşadı.

Səbəb bugünədək bilinmir. Nə klub, nə də məşqçi açıqlama verməyi lazım saymayıb. Sirr pərdəsini aralamaq üçün nəhayət, Əhmədovu danışdırdıq. Onun izahatının nə qədər inandırıcı olduğunu oxucular müəyyən edəcək. Amma bəri başdan yazaq ki, klubun, eləcə də Tərlan bəyin haqqında danışdığı müxtəlif şəxslərin mövqeyini də "Futbolinfo” işıqlandırmağa hazırdı.

– Ötən mövsümün sonunda Premyer Liqanın yarımçıq dayandırılmasının təşəbbüskarlarından idiz. Və siz istəyən oldu. O vaxt "Keşlə”nin avrokuboklarda iştiraka imkan verən yerdə qərarlaşmasını əsas götürərək, istəyinizi çoxları birmənalı qarşılamadı. İndi kənardasız və fikriniz maraqlıdı – indi o zamanla müqayisədə vəziyyət daha pisdi, futbolçular arasında koronavirusa yoluxanlar çoxalıb. İndi də pandemiyaya görə çempionat dayanmalıdı?
– Yox, dayanmamalıdı. O vaxt bir çox ölkələrdə yarış dayandırılmışdı. Bəziləri davam etmək istədi, amma sonra hamısı dayandı.

– Razılaşmayacam. Böyük əksəriyyət sonadək çempionatı keçirdi, bizim kimi yarımçıq saxlayanlar çox az oldu…
– Düzü, o vaxt çox qorxutdular. Hamının ailəsi var, ehtiyatlanırdıq. İndi isə dayandıran demək olar, yoxdu. Hamı anlayır ki, virusla yanaşı yaşamalıyıq. Ona görə hətta sərt karantin rejimi də vəziyyəti dəyişməyəcək. Deyəsən, hamı yoluxmağa məhkumdu. İmkan daxilində qorunmalı və virusla yanaşı yaşamağa öyrəşməliyik. Qışa kimi qalan 3 turu keçirmək lazımdı, sonra necə olacağına baxarıq.

– Çempionatı izlədiyiniz dəqiqdi. "Keşlə” necə görünür?
– Artıq o komandada deyiləm, amma bu, fikir bildirməyimə mane olmur. Əvvəlki mövsümdə sonuncu yeri tutduğumuzdan, keçən çempionat üçün ciddi islahat apardıq. 16 futbolçunu göndərdik, yeni komanda qurduq. Məncə, düzgün işlədik ki, sonda 3-cü yeri tutduq. Ardınca yayda heyəti daha da gücləndirdik, çatışmazlıqları aradan qaldırdıq. Dəyişikliklər avrokubokda ən azı bir mərhələ adlamağa və cari mövsümdə əvvəlkindən yaxşı çıxış etməyə hesablanmışdı. Hazırlığımız, heyətimiz məqsədə çatmaq üçün yetərli idi.

– Amma heç biri olmadı.
– Təbii. O heyət daha yaxşısını bacarmalıdı. Amma "Keşlə”nin çıxışı qənaətbəxş deyil. Avropa Liqasında uğursuzluq oldu, çempionatda da işlər yaxşı getmir. Səbəbini bilmirəm, lakin potensial böyük idi.

 – İşinizə davam etsəydiz, komanda hansı yerdə olardı?
– Komanda ötənilki heyətdən dəfələrlə güclüdü. Yeni qurulan, heyəti indiki qədər güclü olmayan komanda ilə daim liderlər qrupunda qərarlaşdıqsa, sonda bürünc medal qazandıqsa, deməli, bu heyətlə daha yaxşı vəziyyətdə olardıq.

 – Xələfiniz Yunis Hüseynov bu sözləri dilinə gətirməyib, amma deyə bilər ki, hazırkı "Keşlə” onun komandası deyil, Tərlan Əhmədov yığıb, hazırlayıb. Bir sözlə, uğursuz nəticələrdə siz səbəbkar sayıla bilərsiz.
– Hər məşqçinin öz fikri, baxışı ola bilər. Hüseynov baş məşqçi postuna gələrkən hazırlığa, heyəti formalaşdırmağa vaxt var idi. Eyni zamanda yaxşı, hazır komanda qoyub getdiyimi düşünürəm.

– Sizin vaxtınızda heyətə götürülən, sizin seçdiyinz oyunçulardan bir neçəsi indidən komandadan göndərilib. Şahrux Qadoyevdən, iki braziliyalıdan mövsümün gedişində imtina olunması sizin seleksiya işinizin düzgün olmamasına işarə sayılmalı deyilmi?
-Həm bu futbolçular, həm də Cavid İmamverdiyev komandada qalmağa layiq idi. Qadoyev də ötən mövsüm özünü sübut etdi. Braziliyalılara gəlincə, Tərlanın nəsə deməsinə gərək yoxdu, Ukrayna çempionatında necə oynadıqları göz önündədi. "Keşlə”yə çox xeyir verəcəkdilər. Sadəcə, düzgün hazırlamaq, oynatmaq lazım idi. Komanda ümumiyyətlə, zəif çıxış edirsə, əksər futbolçular imkanlarından aşağı səviyyədə oynayırsa, deməli, günahkar 1-2 futbolçu deyil. Səbəbi başqa yerdə axtarmaq lazımdı.

– Məşqçidə?
– Bilmirəm. Dəqiq olan bu heyətin ötənilkindən qat-qat yaxşı olduğu faktıdı.

– Deməli, Yunis Hüseynov qışda komandanı yeniləyəcək…
– Özləri bilər. Bu futbolçular göndərilirsə, deməli, onları əvəzləyənlər olacaq.

– Heç olmasa, indi "Keşlə”dən qəfil gedişinizin səbəbini açıqlaya bilərsiz?
– Bilsəydim, deyərdim. Peşəkaram, ömrüm futbolda keçib. Futbolçu kimi də belə olmuşam, məşqçi kimi də. Amma nə "Neftçi”dən, nə də "Keşlə”dən ayrılmağımın, mənimlə niyə davam etməmələrinin səbəbini bilirəm. Martın 13-də çempionat dayandı, iyula kimi fasilə olub. Sonra hazırlıq başlayıb, yeni komanda formalaşdırmışam, 2 toplanış təşkil etmişik, yeni futbolçular gətirmişik. Və bu müddətdə mənə bir söz deyən olmayıb. Avqustun 6-7-də bazada olmuşam. Toplanışın Bakı mərhələsi başlayırdı və komanda avrokuboklara son hazırlığa start verirdi.

– Və ayın 8-də məlum  oldu ki…
– …Xəbər gəldi ki, mənimlə müqavilə uzadılmayacaq. Və bu xəbəri dostumdan aldım. Bazaya getməyə hazırlaşırdım, dostum zəng vurub mətbuatda klubun mənimlə əməkdaşlığı davam etdirməyəcəyi barədə xəbər yazıldığını bildirdi. Saytlara baxdım, vəziyyəti aydınlaşdırmaq üçün kluba getdim. Vitse-prezidentlə görüşdüm, mənə bir gün əvvəl telefonumun bağlı olmasını irad tutdu, bundan başqa, məndən şikayətlər olduğunu söylədi. Halbuki müqaviləni yeniləmədən işlədiyim dövr ərzində kimsə mənə irad bildirməmişdi, hansısa şikayətdən bəhs etməmişdi. Ətraflı heç nə demədilər, hətta üzləşməyə hazır olduğum adamların da adını çəkmədilər. Qərar verilmişdi və sakitcə vidalaşdım. Müqavilə bitmişdi, yeniləmək istəmədilərsə, özləri bilər.

– Öz səhvinizi etiraf etmirsiz. İyunda müqaviləniz bitmişdisə və yeniləmirdilərsə, nəyə görə avqusta kimi qalıb işləyirdiz?
– İşə davam etmək lazım olmasaydı, bunu deyərdilər, hazırlığı keçməyimiə şərait yaratmazdılar. Klub prezidenti Zaur Axundovla yaxşı ünsiyyətimiz var idi. Komanda qurmaq istəyirdik, fikirlərimiz üst-üstə düşürdü. Nə baş verdiyini bilmirəm, amma Axundovla görüşmədim, indiyədək də aramızda bu barədə söhbət olmayıb. Üstündən 5 ay keçib, bundan sonra nəyinsə deyilməsinin önəmi yoxdu, hər şey keçmişdə qaldı. Görünür, nəticə qazanmaq lazım deyilmiş.

– O necə olur? Hədəfsiz, yalnız işləmək naminə işləmək?
– İki dəfə fərqli klubla yer tutub, avrokuboka vəsiqə qazandım. Hər iki halda qitə yarşılarında debüt etməyimə imkan verilmədi. Deməli, nəticə, futbol heç kimə lazım deyil. Yer tutmadan, nəticə vermədən, turnir cədvəlinin ortalarında olmaq yaxşı imiş. Daim şər-böhtan, təzyiq içində oluram.

– Razılaşmaya bilərsiz, amma bu məsələlərin təkrarlanması yəqin, həm də özünüzə bağlı olan məsələdi. Təsadüf bir dəfə olar. Sanki nəsə başqa problem var. Sizin özünüzlə bağlı ola bilərmi? Sonuncu yeri tutanda "Keşlə”də saxlanılırsız, bürünc medal qazananda göndərilirsiz – hər iki halda eyni rəhbərlik deyildimi?
– Məni də narahat edən budu. Niyə nəticə qazananda belə hadisələr baş verir? Nəticə olmayanda kimsə nəsə demir, nəticə olanda isə hamı şərləməyə çalışır, müxtəlif söz-söhbətlər yaranır. Mənim üçün müəmmadı. Niyə müqavilə bağlamadan işə davam etdiyimi soruşursuz. Həm mənim, həm klub rəhbərliyinin hədəfi daha yaxşı olmaq idi. Buna görə ötən mövsüm bitən kimi yeni heyətin formalaşdırılması üçün çalışmağa başladım, hazırlıq planı tərtib etdim, toplanış keçdim. Düşündüm ki, öncə komandanı quraq, hər şeyi yoluna qoyaq, vaxt olanda mənim müqavilə məsələm də həllini tapar. Çünki rəhbərliklə normal ünsiyyətimiz olub. Həm də proses gedirdi, hər şey yeni müqavilənin imzalanmasıyla yekunlaşmalıydı. Lakin… Düzü, fikirləşirəm, səbəb tapa bilmirəm.

– Təsəvvür edək ki, uğursuzluq davam etdi və qışda "Keşlə”dən yeni dəvət gəldi.
– Yox. Ayrıldıq və bitdi.

– Bəs, haradan dəvət gözləyirsiz?
– Heç kimdən. Amma işləmək istəyirəm, təklif gəlsə, baxacam.

– İnciməyin, problemi sizin şəxsinizdə görürəm. Səbəbi bilmirəm, amma görüntü belədi.
– Nə baş verdiyini anlamıram. Bəlkə də komandamı düzgün qurmamışam, ətrafım olmayıb, tək qalmışam. İki komandada baş məşqçi işlədim, heç birində köməkçilərimi özüm yığa bilmədim. Və hər ikisində ətrafımdakılar qaldı, mən getdim. Köməkçilərim məni başa düşən Novruz Əzimov, Rauf Salamov olmalı idi, lakin onları yanıma apara bilmədim. Klub rəhbərləri zamanla buna şərait yaradacaqlarını bildirdilər, lakin reallaşmadı. Mənim gətirə bildiklərim də… (pauza verir) Haqlarına girməyim, bəlkə o badalağın içində onlar da var idi. Allah işlərini avand etsin. Səhv mənimdi, seçimlərim düz olmadı.

–  "Neftçi”də işləyərkən idman direktoru Ceyhun Sultanovla münasibətləriniz yaxşı deyildi. Vidalaşdığınız "Keşlə”yə də indi bu şəxs gəlir. Müqavilə müddətinin uzadılmamasında bu şəxslə səbəb-nəticə əlaqəsi axtarmısız? Çünki mən bilən o, başqa klubda olanda da "Keşlə”də nüfuz sahibi idi, rəhbərliklə isti münasibətləri vardı.
– Nə bilim? Bəlkə də.

– Siz "Keşlə”də baş məşqçi olarkən Sultanovun istəyi ilə heyətə götürülən futbolçular var idi?
– Dəqiq məlumatım yoxdu, amma ola bilər. Bəzi xəbərlər eşitmişdim. Məsələn, klubun "Sumqayıt”dan bizə gələn Şəhriyar Əliyevi onun məsləhəti ilə götürdüyünü deyirdilər. Menecerlərin kimliyi ilə maraqlanmamışam. O futbolçunun gəlişini istəyirdim və gəldi. Kimin vasitəsilə və necə – artıq bu, mənə maraqlı deyil. Amma eşitdiyimi də gizlətmirəm.

– Bir klubun nümayəndəsinin başqa bir kluba futbolçu gətirməsi özü də maraqlıdı axı…
– Əlbəttə. Amma problemlər elə bu cür məsələlərdən sonra yaranır. Sabah axı, həmin fərqli komandalar üz-üzə gəlir və həmin menecerin komandasına qarşı onun gətirdiyi futbolçunun necə oynaması adamı qayğılandırır.

– Yayda bir neçə futbolçu "Neftçi”dən "Keşlə”yə gəldi və əks marşrutla getdi. Belə çıxır ki, Sultanovun bu məsələdə də rolu varmış.
– Şərh etməyəcəm. Amma başıma gələni deyim. Mən "Neftçi”də işləyəndə, aprel ayında Ceyhun bəy mənə 6 futbolçu təklif etmişdi. Onların hamısından imtina etdim, münasibətlərimiz də o zaman korlandı. Braliç, Paratski, Karikari və daha 3 yerli oyunçudan söhbət gedir. Mən razılaşmadım, onların "Neftçi”yə layiq olmadığını bildirdim, transferlər reallaşmadı. Yayda isə mən komandadan ayrıldım, həmin futbolçular transfer edildi və haqlı olduğum onların cəmi 6 ay sonra qovulması ilə təsdiqləndi. Sultanovun məqsədini bilmirəm, lakin sonradan araşdırdım və gördüm ki, başqa klublara illik 40 min manata təklif olunan Braliçi bu idman direktoru ikiqat qiymətə transfer etdi.

– Sizdə də yanlış transferlər az olmadı. Həm "Neftçi”də, həm də "Keşlə”də məhz sizin istəyinizlə gələn, amma uğur qazanmayan, birbaşa özünüzün yola saldığınız futbolçular olub.
– Olub. Amma faiz etibarı ilə bəyəndiklərimizin əksəriyyəti özünü doğruldub. Transferlərdə yanılmaq ehtimalı həmişə olur – bir var çox az hissəsi, bir də var az qala hamısı.

– Bu gün "Keşlə”nin ən ciddi problemi 21 yaşadək olan limit oyunçusu lə bağlıdı. Hüseynova bu baxımdan pis miras qoyduğunuzu düşünmürsüz? Ötən mövsüm demək olar, bütün oyunlarda güvəndiyiniz Tural Bayramlı sizin vaxtınızda komandadan ayrıldı və ona layiqli əvəzedici yoxdu. Yunis bəy az qala hər oyunda ya fərqli futbolçuya güvənir, ya da onları bir-biriylə əvəzləməklə məşğuldu.
– Turalla bağlı məsələ mənim günahım deyil. O, gələndə cüzi maaşa oynayırdı, Zaur Axundov sağ olsun, qışda maaşını artırdı. Yayda daha yaxşı şərti olan yeni anlaşma təklif edildi, razılaşmadı və "Zirə”yə getdi. Tərlan Əhmədovluq bir şey yox idi, klub rəhbərliyi onun tələbləri ilə razılaşmadı və məncə, düz də etdi.

– Ona layiqli əvəzedici var idimi?
– Pərviz Azadov, Turan Vəlizadə, Orxan Fərəcov. Üstəlik, "Zirə”dən Rəfael Məhərrəmlini gətiriblər. Mənim seçdiyim oyunçuların hamısı eyni mövqe üçün düşünülmüşdü ki, oyunçu dəyişikliyi edərkən, taktikanı dəyişməyə, rotasiyaya da ehtiyac olmasın. Tural da onlar kimi dayaq bölgəsi oyunçusu idi, zəif oyunları olurdu. Sadəcə, futbolçulardan düzgün istifadə edilməlidi. Komanda oyunu elə düşünülməlidi ki, bu futbolçuların yanında onların zəif cəhətlərini sığortalayanlar oynasın.

– Yeri gəlmişkən, Tural "Zirə”də inkişafdan qaldı…
– Mənim o vaxt "Keşlə”dən göndərdiyim 16 futbolçunun heç biri indi oynamır. Deməli, olarla vidalaşmaqda düz etmişəm. Tural da eləcə. İstədiyi pula layiq olduğunu görsəydim, rəhbərlikdən təkidlə saxlanılmasını istəyərdim. Özünə də demişdim ki, maaş davası etməkdənsə, əvvəlcə özünü doğrult, müəyyən səviyyəyə çat, sonra pul özü səni tapacaq. O, pulu seçdi, yolu açıq olsun. İndi də Pərviz, Turan və Orxandan düzgün istifadə etmək, onları yetişdirmək, hazırlamaq lazımdı. Bu, məşqçi işidi.

– Sizin seçdiyiniz oyunçulardan Silvio Junioru çox bəyənirəm. O, çempionata yaxşı başlamışdı, amma izləyirsizsə, sanki son vaxtlar ciddi şəkildə geriləyib…
- Hansı geriləməyib ki? Səbəbi bilmirəm. Oyulara baxıram, ürəyim ağrıyır. Çünki o komandada əməyim olub, amma futbolçuların hamısında eniş var, imkanlarından aşağı səviyyədə çıxış edirlər. Mükafatlar uğrunda oynayan komanda bir oyunda 6 top buraxmamalıdı. Amma "Qarabağ” avrokubok matçlarının yorğunluğu fonunda, əvəzedici heyətdən yararlandığı matçda "Keşlə”yə rahatca 6 top vurdu. "Neftçi” də o cümlədən.

– Premyer Liqa üçün proqnozunuz necədi? Mövsümün sonunda komandalar necə düzüləcək?
– İlk iki pillə "Qarabağ”la "Zirə”nindi. Bu vəziyyət mövsümün sonunadək davam edəcək. 3-cü yer hər halda, "Neftçi”nin olacaq. 4-cü pillə uğrunda "Sumqayıt”, "Sabah” və "Keşlə”nin döyüşəcəyini gözləyirəm. Oyunlara baxıram, hansı komandada məşqçi işinin hiss edildiyini görürəm. Rəşad Sadıqov "Zirə”də intizamlı komanda qurub, oyun dəst-xətti görünür. İş doğru aparılırsa, nəticə gələcək. Turnir cədvəlindəki indiki düzülüş təsadüf deyil.

– Yığmaları necə görürsüz? U-21-dən başlayaq…
– Bu il həqiqətən çox yaxşı nəsil var idi, yaxşı komanda yığılmışdı. Normal çıxış etmək üçün əla imkan var idi. Amma uğursuzluq qeydə alındı. Hər dəfə yığmalar zəif çıxış edəndə klubları günahlandırır, məsuliyyətdən qaçmağa çalışırlar. Halbuki klublar U-21-ə kifayət qədər yaxşı futbolçular vermişdi, nəticə qazana bilmədilər. Bir dəfə görmədim ki, əcnəbi məşqçilər səhvini etiraf etsin. Və həmişə də onlara həddindən artıq, layiq olmadıqları dəstək verilir.

– Bu komandanın baş məşqşisi Milan Obradoviçin istefaya göndəriləcəyi deyilir. Sizə təklif etsələr…
– Heç vaxt.

– Bəs, əsas yığma?
– Gedərəm.

– Deməli, Canni de Byazinin işini bəyənmirsiz…
– Bəyənməli nə var ki? Əcnbəbi məşqçi gətirilir, böyük məvacib verilir və hamı gözləyir ki, nəticələrdə irəliləyiş olacaq. Amma Millətlər Liqasının püşkü atılır, hamı normal rəqiblər düşdüyünü görür, qalır nəticə qazanmaq. Yığma isə elə ilk turda və Bakıda Lüksemburq kimi komandaya uduzur, bəhanələr başlayır. Bu qrupda 3-cü yeri tuturuqsa, Avropa, dünya çempionatlarının seçmə mərhələsində daha güclü rəqiblərə qarşı nəyə ümid edək? Bu turnirdə 6-7 müdafiəçi ilə niyə oynadığımız mənə hələ də qaranlıq qalıb. Qurban Qurbanovun vaxtında 2-ci yeri tutan, daha yaxşı oynayan komanda hara, indiki milli hara?

– Yerli məşqçilərə hətta bacarıqsız əcnəbilərlə müqayisədə daha çox haqsızlıq edir, deyilmi?
– Əlbəttə. Qurban da yeni komanda qurmaq istəyirdi, amma 6 illik müqavilə bağlanmasına baxmayaraq, vaxt verilmədi, bir il tamam olan kimi yola salındı. De Byaziyə isə fərqli münasibət göstərilir. Halbuki onun qurmaq istədiyi komanda, aşıladığı oyun dəst-xətti ilə seçmə mərhələdə daha pis nəticə olacaq. Son anda Avropa çempionatının finallarına getmək şansını əldən verən gürcülər, bir liqa yuxarıya yüksələn düşmənimiz ermənilər, son dünya çempionatında əla oynayan digər qonşumuz ruslar, finalda oynayan fransızlar və xorvatlar, həmçinin İngiltərə, Türkiyə, Almaniya, İspaniya. Hansını sadalayım? Hamısında yerli mütəxəssislər çalışır. Çünki yerli mentaliteti bilirlər, onların işləməsi daha rahatdı. Biz isə əcnəbi həvəskarıyıq. Şansı özümüzkülərə yox, legionerlərə veririk. Bəzi məşqçilərimiz də nəyə görəsə tərifləyir, dəstək verir. Halbuki, Torres, Foqts, Prosineçki, Yurçeviç işləyəndə də eyni mövqeni tuturdular, bacarmayıb gedəndən sonra söyməyə başladılar. Həqiqəti indidən deyək də. Obradoviç uğursuzdu, bir nəfər tənqid etmir. Amma daha yaxşı nəticə verən Yaşar Vahabzadəni az qala öldürürdük.

– De Byaziyə heç ümidiniz yoxdu?
– Heç.

– Futbolumuzun başqa hansı problemi var?
– İdarəetmə, sistem problemi var. Eyni zamanda klub sayı azdı. Seçim üşün şans yoxdu. Dəhşət odur ki, bizdə futbolçular 23 yaşa çatan kimi itib gedir. Divizionda elə limit qoyublar ki, yarışın səviyyəsinin qalxması mümkünsüzdü. Uşaq liqasına oxşayır. Müəyyən yaş həddinə çatdıqdan sonra divizionda oynamağa imkan olmur, Premyer Liqada da çıxış etməyə yer yoxdu, komanda azdı. Bu səbəbdən böyük nəsil itib-batır. 23 yaşında çoxlarını məhv edirik.

– Ermənistanda da komanda sayı azdı. Amma qonşularımız qrupunda 1-ci yeri tutur, biz 3-cü. Deyəcəksiz ki, xaricdə oynayan legionerləri çoxdu. Ona görə indidən soruşum: bizim futbolçular niyə xaricdə oynaya bilmir? Bəlkə istedadlılarımız yoxdu?
– Bizdə olan istedad heç yerdə yoxdu. Sadəcə, uşaq futbolunda düzgün sistem qurulmayıb, mütəxəssislərin qayğısına qalmırlar. Yaxşı, bacarıqlı məşqçilərimiz azdı, yetişdirilməyib. Təsadüfi adamların yetişdirdiyi futbolçular isə xaricdə oynayacaq səviyyədə ola bilməz. İstedadlarımızı bu səbəbdən erkən məhv edirik. "Qəbələ” akademiyası əla nümunədi. İş, sistem olan yerdə istedadlar yetişdirmək olur. Bu akademiya məhdud imkanları ilə milli komandalara xeyli futbolçu verib, yetirmələri yavaş-yavaş ölkə xaricinə çıxır. Amma "Qəbələ” ilə kifayətlənmək olmaz, bütün sistem belə qurulmalıdı. Ən əsası, idman və gənclər nazirliyi, təhsil nazirliyi və AFFA koordinasiyalı şəkildə işləməlidi.
 
Mənbə: Futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

28 Fevral 2021
21:00

XV turun təyinatları açıqlandı

20:10

Millimiz "Qəbələ"yə uduzdu

19:03

Nuriyev Ukraynada dubl etdi, meydandan qovuldu

14:47

"Zirə"də şok itkilər: Onun üçün mövsüm erkən bitdi - SON DURUM

13:40

"David Vilyanın burnunu sındırmamışam" - Azərbaycanlı baş məşqçi

13:22

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

12:37

"Liverpul" Kloppa əvəzedici axtarır: Əfsanə geri dönür?

11:36

Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi

11:00

Məhəmməd Salah "Liverpul"dan gedir?

10:18

PSJ-nin transfer siyahısı - ŞOK ADLAR

09:26

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

08:22

Qadın idmançı buna görə komandadan qovuldu - FOTOLAR

07:31

"Barselona" "İnter"in müdafiəçisini alır

06:17

Quardiola Mourinyunun rekordunu qırdı

02:10

La Liqa: "Barselona" uddu, "Xetafe" darmadağın etdi

01:52

İPL: "Mançester Siti"dən çətin qələbə, "Lids" yenildi

01:38

A Seriyası: "Latsio" məğlub oldu, "Yuventus" büdrədi

00:27

Əli "qızıl", Turan və Türkan "bürünc" aldı

00:22

Komandasını "əzdilər", bəs Pavel hanı?

27 Fevral 2021
23:46

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

23:00

Türkiyə Superliqası: "Qalatasaray"dan inamlı qələbə

20:18

Nazarov oynasa da...

18:09

Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

17:32

Məşhur futbol funksioneri koronavirusa yoluxdu

16:43

Azərbaycanda mərc oyunlarının idarəetməsi Türkiyə şirkətinə verildi - FOTOLAR

16:23

Millimizin kapitanı: "Çatışmayan cəhətlərimiz var"

15:40

Dünya çempionu xərçəngdən öldü

15:17

Ronaldunun onu ələ salan Şakiranı peşman etdiyi an - VİDEO

14:59

Rəmzi komanda açıqlandı: Messi, Ramos...

14:42

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir

14:18

Super Liqa klubunda yeni müqavilə

13:57

Avropa çempionatının vaxtı açıqlandı

13:35

Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq

13:14

Arsen Venger Türkiyəyə gəlir?

12:48

Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

12:16

Günün oyunları bu kanallarda - AFİŞA

11:45

Millimizin rəqibi "Çelsi"nin məşqçisi ilə anlaşdı

11:22

Məşhur erməni ABŞ yığmasına keçdi

10:56

Ronaldunun uğurlarının sirri açıqlandı

10:38

Çempionlar Liqasında həftənin ən yaxşı qolu

10:24

Güləşçimiz qızıl medal görüşünə çıxacaq

09:59

Millinin qapıçısı dünyasını dəyişdi

09:33

Oyun yaddan çıxdı, hamı onu izlədi - FOTOLAR

09:00

Dörd güləşçimiz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

02:18

"Milan" "Portu"nun braziliyalısını aparır - SON DURUM

01:21

Almaniya Bundesliqası: "Ayntraxt" 3-cü pilləyə yüksələ bilmədi

01:14

La Liqa: "Levante" yenə uduzmadı

00:32

Millimizin yarımmüdafiəçisi Niderlandda 82 dəqiqə oynadı

00:11

Eddi 90 dəqiqəyə nə etdi?

26 Fevral 2021
20:09

Avroliqada həftənin ən yaxşısı "Arsenal"ın oyunçusu oldu

19:17

PFL təxirə salınmış oyunların vaxtını açıqladı

18:05

PFL bir oyunun yerini dəyişdi

17:15

"Zirə" nə qədər Volkovsuz qalacaq? - SON DURUM

16:51

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

16:27

Avroliqanın püşkü atıldı: "Mançester Yunayted" - "Milan" qarşıdurması... - YENİLƏNİB

16:26

Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

16:09

UEFA "Qarabağ" üçün pul göndərdi

15:46

Mahir Emreli "Qalatasaray"a təklif edildi

15:21

“Qarabağ”dan növbəti etiraz

14:54

“Neftçi“nin prezidenti işçilərindən 5 manat yığır

14:39

Güləşçimiz ermənini məğlub etdi

14:16

Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

14:02

Levon Aronyan Ermənistanı tərk etdi

13:50

Çempionlar Liqasında həftənin rəmzi komandası

13:39

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

13:21

Mövsümün rekord seriyası qırıldı

13:13

150-ci sülh

12:57

Xaymenin "Qarabağ"da yubiley qolu

12:42

Tahir Gözəl: "Qarabağ" adı bizi daha məsuliyyətli olmağa vadar etdi"

12:28

Azad Rəhimovun vəziyyəti necədir? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.