Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 5-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə də 4 qrup üzrə 8 görüş reallaşıb.
E qrupunda "Sevilya” üzərində səfərdə böyükhesablı qələbə "Çelsi”ni 1-ci pillədə əlçatmaz edib. "Renn”i tək qolla yenən "Krasnodar”ın isə qrup üçüncüsü kimi Avropa Liqasında oynayacağı dəqiqləşib.
F qrupunda "Latsio” ilə heç-heçə edən Dortmund "Borussiya”sı 1/8 finala adlamaq işinin öhdəsindən gəlib. Autsayder "Zenit"i "kötəkləyən" "Brügge" qrupdan çıxmaq imkanını vaxtından əvvəl qaçırmayıb. Belçika komandası 6-cı turda "Latsio" ilə növbəti vəsiqənin taleyini müəyyənləşdirəcək.
G qrupundakı matçlar formal xarakter daşısa da, "Barselona” və "Yuventus” növbəti qələbəsini qazanıb. Kataloniyalılarla turinlilər son turda İspaniyada qarşılaşacaq. Həmin görüşdə qrup liderliyi uğrunda mübarizə gedəcək.
Ən gərgin mübarizə H qrupunda gedir. Bol qollu qarşılaşmada "Başakşəhər”i Türkiyədə məğlub edən "Laypsiq” şansını son tura daşıyıb. "Mançester Yunayted” üzərində səfər qələbəsi qazanan PSJ həm revanş alıb, həm də vəziyyətini yaxşılaşdırıb. Son tur öncəsi "Mançester Yunayted”, PSJ və "Laypsiq”in eyni sayda xalı var.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
2 dekabr
E qrupu
"Krasnodar” (Rusiya) – "Renn” (Fransa) 1:0
Qol: Berq, 71.
"Sevilya” (İspaniya) – "Çelsi” (İngiltərə) 0:4
Qollar: Jiru, 8; 54; 74; 83-pen.
Çelsi – 13, Sevilya – 10, Krasnodar – 4, Renn – 1.
F qrupu
"Borussiya” (Dortmund, Almaniya) – "Latsio” (İtaliya) 1:1
Qollar: Gerreyro, 44 – İmmobile, 66.
"Brügge” (Belçika) – "Zenit” (Rusiya) 3:0
Qollar: De Ketelaere, 33. Vanaken, 58. Lanq, 74.
Borussiya – 10, Latsio – 9, Brügge – 7, Zenit – 1.
G qrupu
"Yuventus” (İtaliya) – "Dinamo” (Kiyev, Ukrayna) 3:0
Qollar: Kyeza, 21. Ronaldo, 57. Morata, 66.
"Ferentsvaroş” (Macarıstan) – "Barselona” (İspaniya) 0:3
Qollar: Qrizmann, 14. Breytveyt, 20. Dembele, 28-pen.
Barselona – 15, Yuventus – 12, Dinamo – 1, Ferentsvaroş – 1.
H qrupu
"Başakşəhər” (Türkiyə) – "Laypsiq” (Almaniya) 3:4
Qollar: İ.Kahveci, 45+3; 72; 85 – Poulsen, 26. Mukiele, 43. Olmo, 66. Sorlot, 90+2.
"Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) 1:3
Qollar: Reşford, 32 – Neymar, 6; 90+1. Markinyos, 69.
Mançester Yunayted – 9, PSJ – 9, Leyptsiq – 9, Başakşəhər – 3.
Fanat.Az