“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bayern Münhen” üzərində qələbəni (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, kataloniyalı mütəxəssis BBC-yə açıqlamasında belə deyib.
“Möhtəşəm komandalar arasında gözəl oyun oldu. 55-60 dəqiqə çox gərgin keçdi. İkinci hissənin əvvəlində “Bayern” daha yaxşı idi. Şanslar yaratsalar da, sonda sevinən tərəf biz olduq.
Nəticə möhtəşəmdir, amma Münhendə oynamağın necə olduğunu bilirəm. “Bayern”in bizə bu qədər problem yaratmaması üçün yeni bir şey ortaya qoymalıyıq”.
Qeyd edək ki, tərəflər arasında ikinci oyun aprelin 19-da keçiriləcək.
Mirağa