"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasının 1/2 finalının cavab oyununda "Milan" üzərində qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Sport Mediaset" türk futbolçunun final sevincini belə çatdırıb:
“Yadınızdadırmı bilmirəm, amma iki ay əvvəl arxasınca getdiyimiz yuxudan danışmışdım. İndi də öz evimdə [Türkiyədə] final oynayacağıq. Bu əsl yuxudur.
“Milan”ı təbrik etmək istəyirəm. Onlar əla iş gördülər. Çətin matç oldu. Amma biz bacardıq. Mən çox xoşbəxtəm. Derbilər həmişə çətin olur, amma düşünürəm ki, biz layiqincə qalib gəldik və finala yüksəldik".
Qeyd edək ki, "İnter"in finaldakı rəqibi bu gecə "Mançester Siti" - "Real Madrid" matçında müəyyənləşəcək.
Mirağa