"Mançester Siti"nin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan - bu gün evdə "Real Madrid"ə qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı fikirlərini UEFA-nın rəsmi saytına danışıb:
"Bu gün "Siti"dəki ən vacib oyunlarımdan birinin baş tutacağını danmaq axmaqlı olar. Oyunçulardan bu qarşılaşmadan həzz almağı xahiş etmişəm. Bəxtin tərəfimizdə olduğunu hiss etməliyik. Hər şey öz əlimizdədir. Finala çıxmaq üçün bu oyunu udmaq bəs edəcək".
Qeyd edək ki, tərəflərin Madriddəki görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Nihat