UEFA Çempionlar Liqasının final oyununun baş hakimi Şimon Martsinyakı bağışlayıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu qatı sağçı kimi tanınan polşalı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılan referinin üzrxahlıq məktubunu rəsmi saytı vasitəsi ilə yayıb.
Ardından Martsinyakın ÇL-in həlledici matçına təyinatı təsdiqlənib.
Qeyd edək ki, final matçı iyunun 10-da, Türkiyədə baş tutacaq. İstanbuldakı Atatürk Olimpiya Stadionunda reallaşacaq görüşdə "Mançester Siti" və Milan "İnter"i qarşılaşacaq.
Nihat