Bu gün UEFA Çempionlar Liqasının final matçı baş tutub.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti” və “İnter” qarşılaşıb.
Oyun Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya stadionunda keçirilib. Qarşılaşmanı polşalı FİFA hakimi Şimon Martsinyak idarə edib.
"Şəhərlilər" finalda sevinən tərəf olacağı təqdirdə, mövsümü trebllə bitirəcəkdi. “Siti” bunadək İngiltərə Kubokunun və Premyer Liqanın qalibi olmuşdu. Ikinci dəfə finala yüksələn "Mançester Siti" hələ bu turnirdə qələbə sevinci yaşamamışdı. "İnter" isə oynadığı 6 finalın üçündə istəyinə çatmışdı.
Bu finalda isə Mançester təmsilçisi sevinən tərəf olub. Minimal hesabla qalib gələn "şəhərlilər" həm ilk dəfə ÇL-i qazanıblar, həm də treblə imza atıblar.
10 iyun
Çempionlar Liqası
Final
“Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) 1:0
Qol: Rodri, 68.
Hakim: Şimon Martsinyak (Polşa).
İstanbul, Atatürk Olimpiya stadionu.
Mançester Siti: 31. Ederson, 3. Ruben Dias, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Haland, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Bruyne, 20. Bernardo Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola.
İnter: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Dzeko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzaqi.