UEFA Çempionlar Liqasının qrupuna vəsiqə qazanan komandaların siyahısını açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq 26 klub qrup mərhələsində yarışacaq.
Daha altı iştirakçının adı sonra bilinəcək.
Çempionlar Liqasının qrup mərhələsində iştirak edən klubların ölkələr üzrə siyahısı:
İngiltərə: "Mançester Siti", "Arsenal", "Nyukasl", "Mançester Yunayted".
İspaniya: "Barselona", "Real Madrid", "Atletiko Madrid", "Real Sosyedad", "Sevilya" (Avropa Liqasının qalibi kimi).
Almaniya: "Bayern Münhen", "Borussiya Dortmund", "Leyptsiq", "Union Berlin".
İtaliya: "Napoli", "İnter", "Latsio", "Milan".
Fransa: PSJ, "Lans".
Portuqaliya: "Benfika", "Portu".
Niderland: Feyenoord.
Avstriya: "Zalsburq".
Şotlandiya: "Seltik".
Serbiya: Srvena Zvezda.
Ukrayna: Şaxtyor Donetsk.
Təbii ki, siyahı ilkin xarakter daşıyır və hansısa kluba və ya ölkəyə qarşı intizam tənbehi tətbiq olunarsa, dəyişiklik ola bilər. Bütün Rusiya klublarının turnirdə iştirakına qadağa qoyulub.