Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Linkoln"la cavab oyununa çıxacaq "Qarabağ"ın növbəti mərhələdəki mümkün rəqibi Polşa "Rakuv"u olacaq.
Fanat.Az xəbər verir ki, artıq ikinci mərhələdəki oyunla ilə bağlı detallar bəllidir.
"Qarabağ" mərhələ adlasa, "Rakuv"la görüş gələn həftə - iyulun 26-da səfərdə keçiriləcək. Artıq UEFA oyunun vaxtı və hakimlərini təsdiqləyib. Oyun Bakı vaxtı ilə sat 22:15-də start götürəcək. Matçı Lukas Fendriksin başçılığı ilə İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Matç Çenstohova şəhər stadionunda təşkil olunacaq.