“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib.
Fanat.Az xəbər verir ki, artıq kabo-verdeli yarımmüdafiəçinin adı qitə futbol qurumunun rəsmi saytında, Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün iştirak ərizəsinə salınıb.
"Qarabağ"ın iştirak ərizəsində ümumilikdə 26 oyunçu var:
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev,23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov
Müdafiəçilər: 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 30. Abbas Hüseynov,
Yarımmüdafiəçilər: 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 27. Toral Bayramov, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 66. Patrik Andrade
Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 90. Nəriman Axundzadə
Qeyd edək ki, Andrade ötən il Ağdam təmsilçisindən ayrılaraq Serbiya “Partizan”ına yollanmışdı. 30 yaşlı oyunçu sözügedən klubu durumundan narazı olduğu üçün tərk edib.
“Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.