Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq.
Marsel “Olimpik"i Yunanıstanda "Panatinaikos"un, İsrailin "Makkabi" (Hayfa) komandası Slovakiyada "Slovan"ın, İsveçrə "Servett"i isə Şotlandiyada "Reyncers"in qonağı olacaq.
Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası arasında keçirilməli oyun isə yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
9 avqust
22:00. "Panatinaikos" (Yunanıstan) - "Olimpik" (Marsel, Fransa)
22:30. "Slovan" (Slovakiya) - "Makkabi" (Hayfa, İsrail)
22:45. "Reyncers" (Şotlandiya) - "Servett" (İsveçrə)