"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Mançester Yunayted"ə qalib gəldikləri oyunu (3:2) şərh edib.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis oyunsonrası mətbuat konfransında görüşlə bağlı bunları deyib:
"Rəqib meydanında oynasaq da, öz dəsti-xəttimizə sadiq qalmağı planlaşdırmışdıq. Şadam ki, ilk dəqiqələrdən sona qədər öz oyunumuzu ortaya qoyduq. Qarşımızda yaxşı rəqib var idi. Fürsət əldə etdiklərində qapımıza sürətlə yaxınlaşırdılar. Gözəl oyun oldu. Statistik göstəricilər hardasa eyni oldu. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm.
Çox xoşbəxtik, 4 xalla qrupda ikinci sıradayıq. Səfərdə "Mançester Yunayted"i məğlub etmək asan deyil, bu an uzun müddət xatırlanacaq. Türkiyə klubunun "Old Trafford"da qələbə qazanması daha çox xoşbəxt edir. Bu, ölkə futbolumuz üçün də dəyərlidir".
A qrupunda MY ilə yanaşı, "Bayern Münhen" və "Kopenhagen"lə mübarizə aparan "Qalatasaray" 4 xalla ikinci sıradadır. İki oyunu da qələbə ilə başa vuran "Bayern" isə qrup lideridir.
Mirağa