UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada "Real Madrid"dən Cud Bellingem, "Atletiko Madrid"dən Alvaro Morata, "Braqa"sından Bruma və "Mançester Yunayted"dən Rasmus Hoylund namizəd göstərilib.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.