Türkiyənin "Qalatasaray" klubunun müdafiəçisi Kaan Ayhan Çempionlar Liqasının qrup mərhələsində Almaniya "Bayern"i ilə oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, türkiyəli futbolçu UEFA-nın saytına danışıb:
“Matç asan olmayacaq, amma çox motivasiyalı olacağıq. “Bayern Münhen” ən xırda səhvlərə görə rəqibini cəzalandıran komandadır. Elə biz də eyni xarakterdə kollektivik. Onlar səhv edəndə biz bundan yararlana bilərik”.
Xatırladırıq ki, “Qalatasaray” – “Bavariya” görüşü bu gün, oktyabrın 24-də İstanbulda baş tutacaq və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Mirağa