İtaliyanın "Milan" klubunun 50-yə yaxın azarkeşi komandaların Çempionlar Liqasındakı oyunu öncəsi PSJ azarkeşlərinə hücum edib.
Fanat.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb.
Mənbənin məlumatına görə, insident noyabrın 6-dan 7-nə keçən gecə baş verib. "Milan" azarkeşləri pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalarından istifadə ediblər.
Çempionlar Liqasının qrup mərhələsinin “Milan” – PSJ oyunu bu gün, noyabrın 7-də “San Siro” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
“Milan” və PSJ-nin yer aldığı F qrupunda “rossonerilər” üç oyundan sonra cəmi iki xalla turnir cədvəlinin sonuncu, dördüncü pilləsində qərarlaşıb. Parislilər 6 xalla liderdir. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun matçında PSJ "Milan"ı 3:0 hesabı ilə məğlub edib.
Mirağa