"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Şaxtyor"a uduzduqları oyunun nəticəsi barədə danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssisin Hamburqda baş tutan və 0:1 uduzduqları görüş barədə dediklərini "Marca" belə çatdırıb:
.
“Oyun, topla rəftar, hücum hərəkətləri baxımından ən aşağı nöqtəyə çatdıq. Bu, son illərin ən pis matçlarından biridir. Biz pis vəziyyətdəyik, bunu etiraf etməliyik. Yaxşı xəbər odur ki, hələ heç nə itirilməyib. Daha çox özümüzdən asılıyıq.
Çempionlar Liqasında növbəti oyun doğma meydanda “Porto” ilə olacaq. O zaman biz riyazi olaraq pley-offa yüksələ bilərik”.
Mirağa