Çempionlar Liqasının 4-cü turunda “Barselona” ilə qarşılaşan “Şaxtyor” (Donetsk) 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Ukrayna klubu oyunda qapısını toxunulmaz saxlamaqla avrokuboklarda 17 matçlıq uğursuz seriyaya son qoyub.
Belə ki, ukraynalılar bu müddətdə ilk dəfə meydanı qol buraxmadan tərk ediblər.
H qrupunun turnir cədvəlinə dörd oyundan sonra 9 xalla “Barselona” başçılıq edir. Hesabında 6 xal olan “Şaxtyor” üçüncü yerdədir.