Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.
“İnter”i doğma meydanda Madrid “Atletiko”su ilə üz-üzə gəlib və tək qolla qalib gəlib.
PSV isə Dortmund “Borussiya”sı ilə ev oyunundan heç-heçə ilə ayrılıb.
Bu cütlərdə cavab matçları martın 14-də keçiriləcək.
“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçları sabah keçiriləcək.
Çempionlar Liqası
1/8 finalın ilk oyunları
20 fevral
İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0
Qol: Arnautoviç, 79.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “Cüzeppe Meatsa” stadionu.
PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1
Qollar: De Yonq, 56-pen – Malen, 24.
Baş hakim: Sergey Yovanoviç (Serbiya).
Eyndhoven. “Filips” stadionu.